AZ

Hindistanda torpaq sürüşməsi nəticəsində azı 23 nəfər həlak olub

Bakı. Trend:

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində güclü yağışlarınsəbəb olduğu torpaq sürüşmələri nəticəsində azı 23 nəfər həyatınıitirib.

Trend xəbər verirki, bu barədə PTI agentliyi məlumat yayıb.

Milli Fəlakətlərə Cavab Mərkəzinin sözçüsü bildirib ki, ölənlərarasında uşaqlar da var. Onun sözlərinə görə, bölgədə baş verənfırtına son on ilin ən dağıdıcı sürüşmələrindən birinə səbəbolub.

Təbii fəlakət nəticəsində bir çox kəndlər zərər görüb, əsasyollar bağlanıb. Xilasetmə xidmətləri hazırda hadisə yerindəaxtarış işlərini davam etdirir, dağıntılar altından bir neçə nəfərxilas edilib.

Yerli hakimiyyət Darcilinq bölgəsində həlak olanlar arasındaturistlərin də ola biləcəyini istisna etmir.

Qeyd edək ki, bundan əvvəl Qərbi Benqalla qonşu Nepalda güclüyağışlar səbəbindən baş verən torpaq sürüşmələri və daşqınlarnəticəsində 50-dən çox insanın öldüyü bildirilmişdi.

Seçilən
13
az.trend.az

1Mənbələr