Vitse-prezident Ceyms Devid Vens 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə növbəti namizəd olacaq. Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
“İnanıram ki, vitse-prezident Vans namizəd olmağa qərar versə, respublikaçıların növbəti namizədi olacaq,” — Rubio “Fox News” kanalına müsahibəsində bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rubionu prezident postunun mümkün varislərindən biri adlandırmışdı.
N.Təbrizli