AZ

Moskvada “Pravda” nəşriyyatının keçmiş direktoru intihar edib

“Pravda” nəşriyyatının keçmiş direktoru Vyaçeslav Leontyev Moskvada dünyasını dəyişib. İlkin məlumatlara görə, o, intihar edib. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi əməliyyat xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Leontyev dünən axşam saatlarında vəfat edib. Ölümün sinir böhranı fonunda baş vermiş intihar olduğu ehtimal edilir.

Hadisə Moskvada, Molodoqvardeyskaya küçəsində baş verib. 87 yaşlı Leontyevin meyiti yaşadığı mənzilin pəncərələrinin altında aşkarlanıb. Məlumata əsasən, hadisə yerində hər hansı cinayət izinə rast gəlinməyib.

Vyaçeslav Leontyev 1971-ci ildən “Pravda” nəşriyyatında istehsalat şöbəsinin rəis müavini vəzifəsində çalışıb. 1984-cü ildə nəşriyyata rəhbərlik edib və onu sonradan “Presa” Federal Dövlət Unitar Müəssisəsinə çevrilənədək idarə edib.

Seçilən
35
veteninfo.az

1Mənbələr