AZ

Rusiyada partlayıcı zavoduna hücum olub - VİDEO

Oktyabrın 6-na keçən gecə Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində, eləcə də Nijni Novqorod şəhərinin özündə10-dan çox partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Rusiyanın “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Dzerjinsk şəhərində Sverdlov adına zavoda iki pilotsuz təyyarə zərbəsi endirilib. Zavodun Rusiyanın hərbi sənaye kompleksinin mühüm hissəsi olduğu bildirilir.

“Astra” nəşrinin məlumatına görə, zavod Rusiyada dağ-mədən, neft-qaz çıxarma sənayelərini, seymik və geofiziki işləri partlayıcılarla təmin edən böyük partlayıcı istehsalı müəssisələrindən biridir.

Sverdlov adına zavod Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətləri dəstəklədiyinə görə Ukraynanın sanksiyalar siyahısına daxil edilib.

Zavod əvvəllər dəfələrlə dronların hücumuna məruz qalıb.

Belə hücumlardan biri bu ilin iyulunda baş verib.

Ötən il oktyabrın 20-də də pilotsuz təyyarələr zavoda hücum edib.

Seçilən
14
6
apa.az

10Mənbələr