AZ

Çin və İran arasında gizli enerji anlaşması: Pekin ABŞ sanksiyalarını necə aşır?

“The Wall Street Journal”ın məlumatına görə, Çin beynəlxalq sanksiyalara baxmayaraq İran neftini almağa davam etməyin yeni yolunu tapıb.

News365.az xəbər verir ki, Nəşrin yazdığına görə, Çinin böyük sığorta şirkətlərindən birinin iştirakı ilə Tehranla gizli razılaşma imzalanıb.

Bu saziş Çinə İranla iqtisadi əlaqələri açıq şəkildə deyil, alternativ maliyyə kanalları vasitəsilə saxlamağa imkan verir. Nəticədə, İran öz ən böyük alıcısına – Çinə – neft ixracını davam etdirir, əvəzində isə Çin şirkətləri İranda həyata keçirilən infrastruktur layihələrindən qazanc əldə edir.

Məlumata görə, ötən il bu qeyri-rəsmi mexanizm vasitəsilə 8,4 milyard dollara qədər vəsait dövriyyəyə girib. Bu pullar əsasən İran ərazisində Çin tərəfindən icra olunan iri layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Ekspertlər hesab edirlər ki, bu barter modelinin əsas məqsədi ABŞ sanksiyalarını və beynəlxalq bank sisteminə tətbiq olunan nəzarət mexanizmlərini dolanmaqdır.

News365.az 

Seçilən
10
news365.az

1Mənbələr