AZ

Siqaret çəkənlərin sayı azalır, alternativlər ön planda

2022-ci Yaponiyada ənənəvi siqaret satışı 2014-cü illə müqayisədə 45,9% azalıb. Buna səbəb isə adı çəkilən ölkədə əhalinin  tüstüsüz alternativlərə üstünlük verməsi olub.Bu barədə  Qazaxıstanın paytaxtı  Astanada Philip Morris International- şirkətinin (PMI) təşkil etdiyi illik “Technovation” konfransında təqdim edilən məlumatlarda  bildirilib. 

 Eyni tendensiya Yeni Zelandiyada da müşahidə olunub. Belə ki, Yeni Zelandiyanın Səhiyyə Nazirliyinin 2023-cü ildəki araşdırmasına görə, siqaret çəkmə səviyyəsi 2014-cü illə müqayisədə 52.8% azalıb.

İslandiya və İsveçdə də tüstüsüz tütün formaları əlçatan olduğu üçün 2014-cü ildən bəri siqaret çəkənlərin sayı 50% azalıb.

İnnnovasiyanın rolu

PMI-ın Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə vitse-prezidenti Tommazo Di Covanni açılış nitqində tüstüsüz məhsulların inkişafında texnologiyanın və elmi araşdırmaların əhəmiyyətini vurğulayıb. 

“Doğru siyasət tətbiq olunarsa, biz siqaret çəkənlərə daha az zərərli alternativlər təqdim etməklə onların həyatını dəyişə bilərik,” — o deyib.

Di Covanni qeyd edib ki, tüstüsüz məhsullara  hələ də inamsız yanaşma var, lakin elmi sübutlar onların zərəri azaltma potensialını təsdiqləyir. 

“İnamsızlıq gələcək nailiyyətlərin qarşısını ala bilməz. Amma dövlət və səhiyyə strukturları ilə əməkdaşlıq olmadan siqaretsiz gələcəyə keçid sürətlənə bilməz,” — o əlavə edib.
Nikotin haqqında miflər

PMI-ın Cənub-Şərqi Asiya, MDB və Yaxın Şərq üzrə elmi fəaliyyət üzrə direktoru Tomoko İida çıxışında nikotinlə bağlı yanlış təsəvvürlərə toxunub.

Onun sözlərinə görə nikotin asılılıq yaradır, lakin kanserogen deyil və əsas təhlükə tütünün yanmasından yaranan minlərlə zərərli maddələrdir. 

“Elmi araşdırmalar göstərir ki, tüstüsüz məhsulların buxarında zərərli maddələrin miqdarı siqaret tüstüsü ilə müqayisədə 90–95% azdır,” — İida vurğulayıb.

O, Yaponiyanın təcrübəsini nümunə gətirib. Belə ki bu ölkədə  2010-cu ildə siqaret satışları 195 milyard ədəd idisə, 2024-cü ildə bu rəqəm 90 milyarda düşüb.

 Eyni zaman kəsiyində qızdırılan tütün məhsullarının satışları 0,2 milyarddan 60 milyarda yüksəlib. 

tüstüsünün qəbulu hər il dünyada 7 milyondan çox insanın ölümünə səbəb olur; 
İsveçdə son 15 ildə siqaretçəkənlərin sayı təxminən 15%-dən ~5%-ə enib. Tütünü yandırmadan nikotinin insan orqanizminə düşməsinə imkan verən alternativlər (qızdırılan tütün, elektron siqaret, nikotin paketləri) zərərli maddələrin səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.
İidanın dediyinə görə nikotin asılılıq yaradır və tamamilə zərərsiz deyil. Lakin siqaretlə bağlı xəstəliklərin əsas səbəbi nikotin deyil. Əsas sağlamlığa zərər vuran tütünün yanması nəticəsində əmələ gələn çoxsaylı toksik maddələrdir. . 

Qlobal mənzərə

Bir çox ölkələrdə onilliklər əvvəl hazırlanmış və əsasən yandırılan tütün məmulatlarının istifadəsinə qarşı mübarizəyə yönəlmiş tütünə nəzarət tədbirləri bu gün mövcud çağırışlara tam cavab vermir. Texnoloji inkişaf daha az zərərli tüstüsüz məhsulların (SFP) — tütün qızdırma sistemləri (HTP), elektron siqaretlər və nikotin kisəcikləri kimi alternativlərin yaranmasına gətirib çıxarıb. 

Bu məhsullar siqareti tərgitməyən böyüklər üçün əvəzləyici rol oynayaraq əhalinin sağlamlığına müsbət təsir göstərə bilər. Lakin bir sıra hökumətlər və səhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), qadağanedici mövqe tutaraq və ya bu məhsulları siqaretlərlə eyniləşdirərək bu imkandan istifadə etmirlər.

Əksinə, tüstüsüz məhsullara çıxışın təmin olunduğu və onlar barədə məlumatlandırmanın aparıldığı ölkələrdə siqaret çəkənlərin sayında misilsiz azalma qeydə alınır.

Antitütün siyasətinin effektivliyi siqaret çəkmə səviyyəsinə təsiri ilə ölçülməlidir. Müqayisəli məlumatlar göstərir ki, alternativləri qadağan edən ölkələrdə siqaret çəkənlərin sayı çox ləng azalır.  Halbuki tüstüsüz tütün məmulatlarına kütləvi keçid müşahidə olunan ölkələrdə son on ildə siqaret istifadəsi təxminən 50% düşüb. 

ÜST ölkələrə tütün epidemiyasına qarşı siyasət qurmağa kömək edən 6 pilləli siyasət paketi hazırlayıb. Məqsəd isə siqaretçəkənlərin sayını azaltmaq, passiv tüstüdən insanları qorumaq və tütündən yaranan xəstəliklərin, o cümlədən ölüm hallarının sayını azaltmaqdır.

Bu günə qədər yalnız dörd ölkə ÜST-ün bu 6 pilləli siyasətinə daxil olan tədbirləri tam tətbiq edib. Bura  Türkiyə, Braziliya, Mavriki və Niderland daxildir.

Onlardan Türkiyə, Braziliya və Mavriki tüstüsüz tütün məmulatları tam qadağan edir, Niderland isə əksinə alternativlərə yaşıl işıq yandırıb. 

Türkiyədə siqaret çəkənlərin səviyyəsi 2022-ci ildə 2014-cü ildə olduğu kimi 30%-i keçib. Bundan əlavə, Türkiyə tütün qaçaqmalçılığı problemi ilə üzləşib. Belə ki, 2022-ci ildə ölkədə tütün istehlakının 27,9%-i qeyri leqal qolla gətirilən siqaretlərin payına düşüb.

Türkiyəyə baxanda alternativləri qadağan edən Mavriki və Braziliyada göstəricilər daha yaxşıdır.

Belə ki, Mavrikidə siqaret çəkənlərin sayı 2022-ci ildə 6,2%, Braziliyada isə 13,9% azalıb. 

Amma bu da  əhaliyə alternativlər, yəni tüstüsüz siqaretlər təklif edən Niderlanddan qat-qat azdır. Belə ki 2022-ci ildə Niderlandda siqaret çəkənlərin sayı 26% azalıb. Bu onu göstərir ki, daha az zərərli alternativlərə çıxış olmadan bir çox siqaret çəkənlər siqaretdən imtina etməyə hazır deyillər.

Konfransda açıqlanan statistika ölkələr arasında fərqli tendensiyaları olmasından xəbər verir.   

(Risks of Vaping | Vaping Facts )

Tibb ekspertlərinin mövqeyi

Konfransda çıxış edən həkimlərin fikrincə ənənəvi siqaret tüstüsü ağciyər xərçənginə birbaşa səbəb olur. 

“Ağciyər xərçənginə tutulanlar arasında siqaret çəkənlər çəkməyənlərdən səkkiz dəfə çoxdur,” — konfransda iştirak edən onkoloqlardan biri bildirib.

Alimlər hesab edirlər ki, tüstüsüz texnologiyalar tamamilə təhlükəsiz olmasa da, siqaret çəkənlər üçün sağlamlıq risklərini əhəmiyyətli dərəcədə azalda bilər.
Çətinliklər və imkanlar

PMI nümayəndələri vurğuladılar ki, siqareti tərgitən insanların 80%-i yenidən siqaret çəkməyə başlayır. Buna görə də şirkət hesab edir ki, daha az zərərli alternativlərin təqdim olunması siqaretsiz gələcəyə doğru mühüm bir mərhələ ola bilər.

Astanadakı forum alimlərə, jurnalistlərə və məmurlara müraciətlə başa çatdı — alternativ məhsullara və bu məhsullar haqqında məlumatlara çıxışın təmin olunması çağırışı edildi.
 

N.Təbrizli

 

Seçilən
14
anews.az

1Mənbələr