AZ

Ərdoğan Trampı sevindirə bilər

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi deyib.

“Trampın Qəzza münaqişəsinin həllində vasitəçilik mükafatı qazanmasına müsbət təsir göstərə bilər. Bu məsələdə Ərdoğanın töhfəsi çox böyük olacaq. İsrail Baş naziri Benyamin Netanyahu əksinə, Qəzzaya hücum edərək özünü təcrid edib. O, vurdu, amma məğlub oldu”, – deyə köşə yazarı bildirib.

Bundan əvvəl Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Qəzza zolağı ilə bağlı sülh planının birinci mərhələsinin bu həftə başa çatacağını açıqlamışdı.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
globalinfo.az

1Mənbələr