AZ

Tramp: HƏMAS Qəzzaya nəzarətdən əl çəkməsə, “tam məhv”lə üzləşəcək

Vətəninfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp CNN telekanalına verdiyi müsahibədə bəyan edib ki, əgər HƏMAS Qəzzada hakimiyyətdən və nəzarətdən əl çəkməzsə, “tam məhv” riski ilə üzləşəcək.

Trampın sözlərinə görə, HƏMAS hazırda Qəzza münaqişəsinə son qoymaq planı çərçivəsində müəyyən addımlar atmağa çalışır. Lakin bu prosesin uğurla nəticələnməsi üçün qruplaşma bölgədəki siyasi və hərbi təsirindən imtina etməlidir.

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzaya hücumların dayandırılmasına razı olub-olmaması və bu məsələdə ABŞ-ın mövqeyi ilə bağlı suala Tramp qısa cavab verib: “Bibinə gəldikdə, bəli”.

Prezident həmçinin əlavə edib ki, HƏMAS-ın sülhə hazır olub-olmadığını yaxın günlərdə öyrənməyi gözləyir.

Qeyd edək ki, daha əvvəl Tramp İsrail tərəfini Qəzzanı bombalamağı dərhal dayandırmağa çağırmış və HƏMAS-ın sülh prosesinə müsbət yanaşdığını bildirmişdi.

Bunun fonunda məlumat verilir ki, HƏMAS və İsrail nümayəndələri arasında Qəzza ilə bağlı dolayı danışıqların bazar ertəsi günü Misirdə keçirilməsi planlaşdırılır.

Seçilən
15
veteninfo.az

1Mənbələr