AZ

Hindistan Rusiyadan əlavə S-400 almağa hazırlaşır – Kreml dekabr səfərinə ümidlə baxır

Hindistan Rusiyadan beş əlavə S-400 zenit-raket kompleksi almaq üçün danışıqlara başlayıb.

Olaylar.az xəbər verir ki, məsələ barədə "Hindustan Times" nəşri məlumat yayıb. 

Gözlənilir ki, bu müqavilə dekabr ayında Hindistana planlaşdırılan Vladimir Putinin səfəri ərəfəsində yekunlaşacaq.

Mütəxəssislər hesab edirlər ki, bu razılaşma həm Moskvanın Cənubi Asiyada mövqeyini gücləndirəcək, həm də Hindistanın hava hücumundan müdafiə sistemlərini yeni mərhələyə qaldıracaq.

Alqı-satqının detalları hələlik açıqlanmasa da, sövdələşmə Qərb dövlətlərinin diqqətini çəkə bilər, çünki Vaşinqton daha əvvəl Hindistanı Rusiyadan silah tədarükünə görə sanksiyalarla hədələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
1
olaylar.az

2Mənbələr