AZ

"Premyer Liqadan fərqli olaraq, I Liqada asan oyunlar yoxdur" - MÜSAHİBƏ

"Şəfa"nın futbolçusu İsmayil Zülfüqarlı Sportal.az saytına müsahibə verib. I Liqada komandası lider olan müdafiəçi bu mövsümkü hədəflərindən söhbət açıb.

- "Şəfa" 4 turdan sonra maksimum xal toplayaraq, vahid liderdir. Yəqin ki, mövsümün öncəsində məhz bu cür başlanğıcı özünüz də ehtimal edirdiz?

- Məşqçilər korpusu bizim üçün yaxşı planlar qurdu. Mövsümə çox yaxşı hazırlaşmışdıq. Bunun da nəticəsində qalibiyyət əldə edirik. Təbii ki, indiki nəticələr bizi sevindirir. Yolumuza və işimizə davam edirik. 

- Geridə qalan 4 oyundan hansı daha çətin alındığını deyə bilərənsən?

- Sözün düzü, bunu 2-ci dəfədi deyirəm, Premyer Liqadan fərqli olaraq, I Liqada asan oyunlar yoxdur. Bütün komandalar əzmkardır, yaxşıdır. Hesabların böyük olmağına baxmayaraq, belədir.

- Əsas rəqibiniz "Səbail" son turda xal itirdi. Yəqin ki, bu sizin üçün göydəndüşmə oldu?

- Təbii ki, rəqiblərimizdən biri də "Səbail"dir. Yaxşı kollektivə malikdirlər. İndiki anda bu xal itkisi bizə üstünlük vermir. Çünki hələ mövsümün əvvəlindəyik. Mövsüm uzundur və oyunlar çoxdur.

- 6-cı turda "Şəfa" - "Səbail" görüşü olacaq. Demək olar ki, çempionluq mübarizəsi elə bu iki komanda arasında gedəcək və həlledici məqam onlarla görüşlərdən sonra bəlli olacaq?

- Hər iki komanda yaxşı və inamlı komandadır. Ancaq çempionatda yaxşı komandalar çoxdur. O oyunlar da həlledici olacaq. Bizim üçün hər bir matç vacibdir.

- Premyer Liqa, yoxsa I Liqa? Hansı daha çətin və ağır liqadır?

- Premyer Liqanın səviyyəsi daha üstündür. Ancaq I Liqanın səviyyəsi də son illərdə çox artıb. Buna I Liqadan Premyer Liqaya gələn komandaların timsalında da demək olar. Yüksək liqaya bu mövsüm çıxmış "İmişli", "Qəbələ" və "Karvan-Yevlax"ı görürsüz, necə mübarizə aparırlar. 

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
11
sportal.az

1Mənbələr