AZ

Emin Mahmudov "Neftçi"də 200-ə çatdı

BAKI, 6 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VII turu “Neftçi”nin yaşı Emin Mahmudov üçün əlamətdar olub.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, O, 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb.

Yarımmüdafiəçinin yubileyində komandası “Zirə” ilə məhsuldar heç-heçə edib – 2:2.

Emin ilk dəfə 2017/18 mövsümündə “Neftçi”nin kapitanı kimi meydana çıxdı. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə başlanıb.

Qeyd etmək lazımdır ki, Mahmudov “ağ-qaralar”ın heyətində 262 oyun keçirib.

Seçilən
28
12
teleqraf.com

10Mənbələr