AZ

BDU-də ali təhsil və elm sahəsində gələcək strategiyalar müzakirə edilib

Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsinin elm və ali təhsil istiqamətləri üzrə iclas keçirilib.

Elm və Təhsil Nazirliyindən Doğru.az-a bildirilib ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, eləcə də ali təhsil müəssisələrinin rektorları və müvafiq struktur rəhbərləri iştirak ediblər.

İclasda “Elm və ali təhsil ekosisteminin gücləndirilməsi” mövzusunda təqdimat edilib. Təqdimatda 2022–2025-ci illərdə əldə olunan nəticələr və 2030-cu ilə qədər nəzərdə tutulan fəaliyyət istiqamətləri təqdim olunub. Müzakirələr zamanı ali təhsilin əlçatanlığının artırılması, keyfiyyətin müasirləşdirilməsi, beynəlxalq rəqabətlilik, dövlət-özəl tərəfdaşlığı çərçivəsində elmin inkişafı, elmi potensialın gücləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi prioritet kimi vurğulanıb.

İştirakçılar həmçinin universitetlərin strateji inkişaf planlarının ölkənin sosial-iqtisadi hədəflərinə uyğunlaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və nəticə əsaslı elmi tədqiqatların stimullaşdırılması barədə təkliflər irəli sürüblər.

DOĞRU.AZ

image-17597318113324447114_1200x630 image-17597318111245231678_1200x630 image-1759731811262311797_1200x630 image-17597318111843911163_1200x630

Seçilən
27
30
dogru.az

10Mənbələr