AZ

Əlisəmid Kürün qızı: "Ümidlə gözləyirik"

"Respublika Klinik Xəstəxanasından evə köçürülən şair Əlisəmid Kürün vəziyyəti ağır olaraq qalır".

 News24.az xəbər verir ki, bunu onun qızı Aynur Mehdiyeva məlumat verib.

O bildirib ki, hələlik ümidlə gözləyirlər:

“Atamın xəstəliyi müalicəyə tabe olmadığı üçün xəstəxanadan evə göndərilib. Hazırda evdədir. Vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, Ə.Kürün 71 yaşı var. Sentyabrın 15-də onun səhhətində problemlər yaranıb. Şair Respublika Diaqnostika Mərkəzinə yerləşdirilsə də, daha sonra onun müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi. (yenisabah.az)


Seçilən
74
4
news24.az

5Mənbələr