AZ

"Zirə"nin legioneri: "Xoşbəxtlikdən bu mövsüm hələ uduzmamışıq"

"Zirə"nin futbolçusu Brahim Konate Sportal.az saytına açıqlama verib. Paytaxt klubunun üzvü Misli Premyer Liqasının 7-ci turunun “Neftçi” ilə görüşündə əldə edilmiş bir xal haqda danışıb:

"Məncə, çox maraqlı oyun alındı. Gərgin və bərabər səviyyədə alınan görüş idi. “Neftçi”nin də bizim kimi geniş ehtiyat skamyası var. Xoşbəxtlikdən bu mövsüm hələ uduzmamışıq. Biz o statusu saxladıq. Qazanılan xaldan razıyam. 90 dəqiqə yüksək səviyyədə çıxış etmək asan məsələ deyil. “Neftçi” çətin rəqibdir. Onların məhdud sayda təhlükəli anlardan maksimum yararlana biləcək kifayət qədər keyfiyyətli oyunçuları var".

"Zirə"nin legioneri matçın son dəqiqələrində “Neftçi”nin qapısına təyin edilən və qonaq komandanın böyük narazılığına səbəb olan epizod haqda isə bunları deyib: "Hakimin qərarına hörmətlə yanaşıram. Fikrimcə, o epizodda qayda pozuntusu var idi".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
11
1
sportal.az

2Mənbələr