AZ

Nərimanovda 20 ədəd iri gövdəli eldar şamı kəsildi, ərazidə tikinti işləri aparılacaq – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində 20 ədəd iri gövdəli eldar şamının kəsilərək ərazidən uzaqlaşdırılıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, “xüsusi əməliyyat” Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarının köməyi və müşayiəti ilə həyata keçirilib.

Qeyd olunur ki, ağaclar tikinti maqnatının sifarişi əsasında kəsilib

Sakinlərin sözlərinə görə, sağlam və çoxillik ağaclar “abadlıq işləri” bəhanəsi ilə kökündən kəsilib. Bu hal şəhərin ekoloji balansına, mikroiqliminə və vətəndaşların sağlam mühitdə yaşamaq hüququna zərbə vurur.

Maraqlısı budur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi isə məlum hadisəyə “göz yumub”.

pravda.az məsələ ilə bağlı ETSN-ə sorğu ünvanlayıb.

Seçilən
8
2
konkret.az

3Mənbələr