AZ

Bu ilin III rübündə minlərlə əcnəbi Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılıb

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquq pozmalarla bağlı 2025-ci ilin 3-cü rübü ərzində ümumilikdə 7 718 qərar qəbul edilib.

Oxu.Az xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Qeyd edilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 3 245 nəfəri DMX tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

Bildirilib ki, miqrasiya qanunvericiliyini pozan 429 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Sonda qeyd olunub ki, dövr ərzində ölkədə tənzimlənməyən miqrasiyanın təşkilinə dair 3 hal aşkar edilib. Aparılmış araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkə ərazisinə gətirilmələri, gəldikdən sonra onların qanunsuz yollarla ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələri ilə təmin edilmələri ilə bağlı cəhdlər edildiyi müəyyən olunub. Həmin hallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.

DMX tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı tədbirlər fasiləsiz davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
29
oxu.az

10Mənbələr