AZ

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

Bakı. Trend:

Payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar olaraq ölkəərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədənqripin yayılma ehtimalı artır. Bu məqsədlə əhali arasındaprofilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün SəhiyyəNazirliyi tərəfindən qrip əleyhinə “Sanofi Pasteur” Fransaşirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətlivaksin preparatları gətirilib.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq Əmrinəəsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiyakampaniyasına start verilir.

Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçininxroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarışəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərəyoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyivətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeriüzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibbmüəssisələrində aparılır.

Seçilən
4
41
az.trend.az

10Mənbələr