AZ

Azərbaycanın dövlət büdcəsinin profisiti 75 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 milyard 142,4 milyon manat, xərcləri isə 24 milyard 668,2 milyon manat təşkil edib.

"İki sahil" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,1 % çox və 2 % azdır.

Büdcə gəlirləri proqnozdan 2,4 % çox icra edilib.

Son nəticədə 9 ayda büdcədə 4 milyard 474,2 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 74,6 % çoxdur.

Seçilən
18
2
ikisahil.az

3Mənbələr