AZ

Qəzza müharibəsində həlak olan israilli hərbçilərin sayı açıqlanıb

2023-cü ilin oktyabrında Qəzzaya qarşı başlanan münaqişədə həlak olan israilli hərbçilərin sayı açıqlanıb.

News365.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin məlumatına görə, müharibə zamanı 1.152 nəfər həyatını itirib.

Məlumatda bildirilir ki, həlak olanların təxminən 42 faizi 21 yaşdan aşağı gənclərdir. Statistikaya əsgərlərlə yanaşı, polis əməkdaşları, Şin Bet (daxili təhlükəsizlik xidməti) və xüsusi təyinatlı qüvvələrin üzvləri də daxildir.

Müdafiə Nazirliyi hazırda vəziyyətin araşdırılması və itkilərin səbəblərinin müəyyənləşdirilməsi üzərində iş aparır.

News365.az

Seçilən
8
news365.az

1Mənbələr