AZ

Hindistan və Nepalda daşqın və torpaq sürüşmələri: Onlarla ölən var

Hindistanın şərqində yerləşən Darjeeling təpə bölgəsində aramsız yağan yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 18 nəfər həlak olub, onlarla insan itkin düşüb.

Nepalda isə ölənlərin sayı 50-yə çatıb.

Hindistanın Qərbi Benqal əyalətində yerli hökumət təmsilçiləri bildiriblər ki, ucqar ərazilərdən məlumatlar hələ də daxil olur və qurbanların sayı arta bilər.

Əyalətin baş naziri Mamata Banerjee “X” platformasında yazıb ki, iki dəmir körpü uçub, bir çox yollar zədələnib, torpaq sahələri su altında qalıb.

Zərərçəkən bölgələr arasında Darjeeling, Kalimpong, Jalpaiguri və Alipurduar rayonları da var. Güclü yağışlar nəticəsində Balason çayı üzərindəki körpünün bir hissəsi dağılıb, yollar uçub, xilasetmə dəstələri bir çox ucqar kəndlərə çata bilmir.

Turistlərin sevimli məkanı olan Darjeelingdə hökumət səyahətçiləri təhlükəsizliyə qədər bölgədə qalmağa çağırıb.

Nepalda, xüsusilə İlam əyalətində torpaq sürüşmələri bir neçə kəndi tamamilə yerlə bir edib. Xilasedicilər dağıntılar altında sağ qalanları axtarır, yolların bərpası üzərində iş aparılır.

Meteoroloqlar növbəti günlərdə də güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Seçilən
25
45
operativmm.az

10Mənbələr