AZ

Ötən həftə 1 500 hektaradək ərazi minalardan təmizlənib

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlbolunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədəhəftəlik məlumat açıqlanıb.

Trend xəbərverir ki, bu barədə Minatəmizləmə Agentliyi məlumat yayıb.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa,Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı vəZəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmişBağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 82piyada əleyhinə mina, 74 tank əleyhinə mina, 517 Partlamamış HərbiSursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 1 432,8 hektar ərazi mina və PHS-lərdəntəmizlənib.

Məqalədə:
Seçilən
21
3
az.trend.az

10Mənbələr