AZ

Ukrayna Rusiyaya hava zərbələri endirib | VİDEO

AzVision.az xəbər verir ki, hədəf Krımın ən böyük neft anbarlarından biri, yanacaq çənlərinin alışdığı Feodosiya neftötürmə terminalı seçilib.

Yerli sakinlərin zərbələrin nəticələrini internetdə yayımladıqları video-materiallarda yanğının parıltısı on kilometrlərlə məsafədən görünür.

“Pilotsuz təyyarənin zərbəsi böyük yanacaq və sürtkü materialları saxlama çənlərinə dəyib. Hücum neft anbarında yanğına səbəb olub. Feodosiyadakı neft anbarında baş verən yanğını 30 kilometrdən çox məsafədən görmək olar”, - sosial şəbəkəlrədəki paylaşımlarda deyilir.

Şahidlər terminalda bir sıra partlayışların baş verdiyini söyləyirlər: yanğın yanacaq saxlama çənlərini, ehtimal ki, əvvəlki hücumlardan sonra toxunulmaz qalanları bürüyüb. 34 rezervuardanyalnız 22-si əvvəlki zərbələrdən sağ çıxa bilmişdi. Neft terminalında baş verən yanğının tez bir zamanda söndürülməyəcəyi də vurğulanıb.



Feodosiya neft terminalı dəfələrlə Ukraynanın hücumlarının hədəfinə çevrilib. Belə ki, Rusiya ondan Krımda və cənubdakı hərbi hissələrini yanacaqla təminatı üçün istifadə edir.

Bu gecə həmçinin Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində Ukraynaya məxsus PUA-ların hücumu partlayışlara və yanğına səbəb olub.

Yerli sakinlər hədəfin buradakı Sverdlov adına zavodun olduğunu iddia edirlər. Bu müəssisə Rusiya hərbi-sənaye kompleksinin tərkibhissəsi və ən böyük partlayıcı maddələr istehsalçılarından biridir.

Sosial mediada rusiyalılar şəhər üzərində bir saat ərzində 25-30-dan çox partlayış səsi eşidildiyini bildirirlər.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
20
1
azvision.az

2Mənbələr