AZ

“Müharibəni dayandırmaq üçün əsas məsuliyyət Rusiyanın üzərinə düşür” - Politoloq

“Müharibəni dayandırmaq üçün əsas məsuliyyət Rusiyanın üzərinə düşür”

Politoloq Murad Sədrəddinov News365.az-a açıqlamasında bildirib ki, müharibənin dayandırılması üçün əsas məsuliyyət Rusiyanın üzərinə düşür və digər ölkələrin mövqeyi bu baxımdan ikinci plandadır.

Onun sözlərinə görə, bəzi Avropa dövlətləri, o cümlədən Slovakiya, enerji və iqtisadi maraqlarını nəzərə alaraq Rusiyaya qarşı daha yumşaq mövqe sərgiləyir. “Müharibənin əsas səbəbkarı və dayandırılmasını istəməyən tərəf Rusiyadır. BMT və ATƏT çərçivəsində Rusiya üzərinə götürdüyü öhdəlikləri – Ukraynanın ərazi bütövlüyünü tanımaq və silahlı qüvvələrini Ukrayna ərazisindən çıxarmaq – yerinə yetirdiyi anda müharibə dayanacaq”, – deyə politoloq vurğulayıb.

M. Sədrəddinov həmçinin Angela Merkelin Almaniyanın enerji siyasətində Rusiyadan asılılığı minimuma endirməsi və Avropada nüfuzlu dövlət olaraq iqtisadi gücünü qorumasını nümunə gətirib.

News365.az

Seçilən
11
news365.az

1Mənbələr