AZ

Azərbaycan avarçəkənləri MDB Oyunlarını dörd medalla başa vurublar

III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən avarçəkmə yarışlarına yekun vurulub. SİA xəbər verir ki, iki gün davam edən yarışların nəticələrinə əsasən, Azərbaycan avarçəkənləri ümumilikdə dörd medal qazanıblar.

Əlimurad Hacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov iki bürünc mükafat qazanıb. İvan Vorobyanski və Hüseyn Həsənovdan ibarət duet isə üçüncü yeri tutaraq bürünc medal əldə edib

Seçilən
21
8
sia.az

10Mənbələr