AZ

Mikelsin müayinəsinin nəticəsi bilindi - SON DURUM

"Sabah"ın hücumçusu Coy Lens Mikelsin son durumu ilə bağlı açıqlama yayıb. 

Fanat.Az xəbər verir ki, Premyer Liqanın 7-ci turunda "Karvan-Yevlax"la oyunda zədələnərək xəstəxanaya aparılan forvardın müayinəsinin nəticəsi bəlli olub.

Klubdan verilən məlumat belədir:

“Karvan-Yevlax”la oyunda zədə alan futbolçumuz Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək".

Qeyd edək ki, oktyabrın 5-də Premyer Liqanın 7-ci turu çərçivəsində keçirilən "Karvan-Yevlax" - "Sabah" matçının son dəqiqələrində rəqib qapıçı ilə toqquşaraq xəsarət alıb. Dərhal meydana tibbi personalı daxil olub. Oyunu başa vura bilməyən futbolçu ambulansla xəstəxanaya aparılıb.
 

Seçilən
20
6
fanat.az

7Mənbələr