AZ

Dövlət tərəfindən qorunan memarlıq abidəsi söküləcək? - Komitədən açıqlama gəldi...


Media və sosial şəbəkələrdə Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən binanın guya söküləcəyi ilə bağlı yayılan videogörüntülər və məlumatlara aydınlıq gətirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib i, 1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib.

Bildirilib ki, bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur.

“Dövlət Komitəsi tərəfindən dəfələrlə vurğulanıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra biləcək əsassız məlumatların yayılmasından çəkinməyə çağırırıq”, - deyə məlumatda qeyd edilib.

ZÜMRÜD

Seçilən
23
18
baki-xeber.com

10Mənbələr