Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında “ƏDV geri al” layihəsiçərçivəsində 140,2 milyon manatdan çox vəsait istehlakçılaraqaytarılıb.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.
Belə ki, 2025-ci ilin yanvar - sentyabr ayları ərzində ölkəərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərənşəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər,alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatrtamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrinkonserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələrivə özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindəngöstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklartərəfindən istehlakçılara qaytarılan həcmi 140 milyon 216,0 minmanat olub.
Qeyd edilib ki, 2025-ci ilin 9 ayında xarici vətəndaşlartərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmışmallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”)məbləği 7 milyon 928,2 min manat təşkil edib.