AZ

Xəzər dənizinin ekologiyası beynəlxalq elmi simpoziumda müzakirə olundu.

2025-ci il oktyabrın 3-də, Qərbi Kaspi Universitetinin Giləzi Elmi Tədqiqat Bazasında “Xəzər dənizinin bu günkü ekologiyası – bərpası və ya deqradasiyası: perspektivlər” mövzusunda Beynəlxalq Akademik Simpozium keçirildi.

Simpoziumun əsas məqsədi Xəzər dənizinin mövcud ekoloji və bioekoloji vəziyyətinin hərtərəfli öyrənilməsi, ekosistemdə baş verən dəyişikliklərin səbəb və nəticələrinin elmi əsaslarla müzakirəsi, habelə dənizin bərpası və davamlı idarəetmə imkanlarının müəyyənləşdirilməsi olub.
Tədbirdə yerli və xarici ölkələrdən tanınmış elm adamları, dövlət qurumlarının nümayəndələri və ekoloji sahədə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Simpoziumda Almaniyanın Berlin Texniki Universitetinin alimi Dr. Matteo Lattuada,, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov, Qərbi Kaspi Universitetinin ekologiya üzrə fəlsəfə doktoru Əsmər Vəliyeva, AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun , dosenti,b.ü.f.d. Şəkər Muxtarova, Vilnüs Təbiət Tədqiqatları Mərkəzinin (Litva)  alimi  Dr. Denis Copilas, AR ETN Zoologiya İnstitutu,nə əməkdaşı b.ü.f.d.Sevinc Rəcəbova, AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutu, doktorantı Aytac Muradova, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin Akvakulturanın Təşkili Şöbəsinin aparıcı mütəxəssisiLamiə Yaralıyeva maraqlı mövzularda çıxış etdilər.
Simpozium xüsusilə gənc tədqiqatçılar üçün yeni elmi nəticələrin təqdimatı və təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynayıb. Tədbirdə Xəzər dənizində çirklənmə, bioloji müxtəlifliyin azalması, iqlim dəyişikliyi, antropogen təsirlər və təbii balansın pozulması kimi aktual məsələlər müzakirə olunub.
Eyni zamanda, dəniz ekosistemində yaşayan flora və faunanın bioekoloji xüsusiyyətləri, populyasiya dinamikası, növlərarası münasibətlər və uyğunlaşma mexanizmləri haqqında elmi diskussiyalar aparılıb. Simpozium zamanı su bioresurslarının qorunması, ekosistemin sağlamlaşdırılması və dayanıqlı inkişafı üçün yeni yanaşmalar və tövsiyələr irəli sürülüb.
 
        
Seçilən
33
yenilik.az

1Mənbələr