AZ

Dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb

Bakı. Trend:

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlükhəbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov hakimqarşısına çıxarılıb.

Trend xəbərverir ki, oğul Səricanovun da işinə Bakı Ağır CinayətlərMəhkəməsində baxılır.

Ə.Səricanov da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindəntutularaq cinayət məsuliyyətinə cəlb edilib. O, dövlət və ictimaixadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.

Bu gün iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasınmahiyyətinə uyğun olaraq, təqsirləndirilən şəxsin anket məlumatlarıdəqiqləşdirilib, məhkəməyə sədrlik edən hakim Səbinə Məmmədzadə onahüquq və vəzifələrini izah edib.

Təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev həbs qətimkantədbirinin dəyişdirilməsi, məhkəmə istintaqının açıq keçirilməsi vəbaşqa bir neçə vəsatət qaldırıb. Vəsatətlər təmin edilməyib.

İlk baxış iclası oktyabrın 16-na təyin edilib.

Xatırladaq ki, Ə.Səricanova DTX-də başlanılmış cinayət işi üzrəAR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham elanolunub.

Cinayət işinin materiallarından əldə etdiyimiz ilkin məlumatagörə, Əbülfəz Səricanov bir neçə dövlət və ictimai xadimin həyatınasui-qəsd hazırlayıb. DTX-nin keçirdiyi əməliyyat tədbirlərinəticəsində cinayət planının qarşısı vaxtında alınıb. Toplanmışsübutlar məhkəməyə göndərilib.

Qeyd edək ki, Əbülfəz Səricanovun atası Azər Səricanov MilliMəclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük azadlıqdanməhrum edilib.

Məqalədə:
Seçilən
18
11
az.trend.az

10Mənbələr