AZ

“I Beynəlxalq Parazitologiya Konfransı” keçirildi Fotolar+Video

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nərgiz klinikasının təşəbbüsü ilə Bakıda “I-ci Beynəlxalq Parazitologiya Konfransı” keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə parazitar xəstəliklərə qarşı mübarizə üsulları müzakirə olunub.

Elmi konfransda yerli və xarici mütəxəssislər fikir mübadiləsi aparıb. İştirakçılar həkim mütəxəssislərin təcrübələrindən yararlanaraq klinik təcrübədə tətbiq edə biləcəkləri yeni metodlar öyrənmək imkanı qazanıb.

Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Parazitologiya Konfransında bildirilib ki, mövcud vəziyyət xəstəliklərin diaqnostika, müalicə və profilaktikası üçün yeni multidisiplinar yanaşmalar tələb edir.

Konfransın əsas məqsədi müxtəlif ixtisaslardan olan həkimləri və digər mütəxəssisləri bir araya gətirərək elmi təcrübə və yanaşmaların müzakirəsinə imkan yaratmaqdır.

Nərgiz Klinikasının direktoru Məlahət Qəhrəmanova tədbirlə bağlı fikirlərini bölüşüb: “Biz çalışırıq ki, parazitar xəstəliklərini hərtərəfli formada, həm elmi, həm də praktiki olaraq geniş tətbiq edək. Çünki uzun illərdir bu haqda yeni informasiya az olub. Amma ÜST-ün dediyinə görə bu gün dünyada bu xəstəlik çox yayılıb. Bunda isə insanların, miqrasiyaların rolu böyükdür.

Parazitologiya konfransı isə çoxdankı arzum idi. Bu konfrans xarici universitetlərdə hər zaman keçirilirdi. Dünya alimlərinin bu sahədə çıxışlarına qulaq asmışıq. İlk dəfə Azərbaycanda bu konfransı keçirmək mənə nəsib oldu. Bütün təşkilatçılara minnətdarlığımı bildirirəm. Səhiyyə Nazirliyinin 188 və 217-ci əmrində deyilir ki, hər bir tibb işçisinin borcudur ki, parazitlərlə məşğul olsun.

Qarabağımızda dərman bitkilərimiz var ki, qırmızı kitabdadır və itməkdədir. Orada olan ekoloji terror bizim dərman bitkilərinə nə qədər zərər vurur. Məsələn qırmızı palıd ve fıstıq dünyanın heç bir yerində təbii bitmir. Ona görə də bu tədbirlərin ölkəmizdə keçirilməsi zəruri hesab edilir”.

Konfrans zamanı Milli Məclisin deputatı İlham Məmmədov da çıxış edib. O, I-ci Beynəlxalq Parazitologiya Konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayıb: “Bu konfransı Azərbaycan səhiyyəsinin yeni bir mərhələsi kimi qiymətləndirmək olar. Təbii ki, səhiyyə sahəsində elmi praktik konfransların olması artıq ənənəvi hal alıb. Bu cəsarətə görə, Nərgiz klinikasının təsisçi rəhbərliyinə təşəkkür edirik. Tədbirin burada keçirilməsi mühüm hadisədir. Bu gün burada səslənən hər bir məruzə əhəmiyyətli olacaq. Parazitologiya elə bir sahədir ki, son zamanlar sürətli öyrənilməyə başlanılıb. Yüksək səviyyədə öyrənilməsi, qaranlıq məqamları açması, bəşəriyyət üçün sağalmaz xəstəliklərin önə çıxarılmasında mühüm rol oynayır. Əhalinin sağlamlığının qorunması, həkimlərin çətinlik çəkdiyi problemlərin həllini ehtiva edir. 2020-ci ildə hər birimiz xatırlayırıq ki, tibbi texnologiyanın bu qədər inkişaf etdiyi vaxtda bir virus bütün dünyanı cənginə aldı. Belə halların bu gün baş verməməsi üçün Birinci Beynəlxalq Parazitologiya Konfransı təşkil olunur. Bu konfransın xeyirli olacağına əminəm”.

Fidan Etibar 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
qafqazinfo.az

1Mənbələr