AZ

Şabranda ağaca çırpılan minik avtomobilinin sürücü ölüb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Şabran, 6 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran rayonunun Şahnəzərli kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü – Quba rayonunun Kələnov kənd sakini Elşən Rzabala oğlu Rzaquliyev hadisə yerində ölüb.

Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
19
azertag.az

10Mənbələr