SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi gərgin iş həftəsindən sonra hər bir əməkdaşının həftəsonu istirahətinin yaddaqalan keçməsində daima maraqlıdır. Elə bu səbəbdən Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə bu dəfəki həftəsonunda Zaqatala RQİİ və xidmət sahələrinin əməkdaşları üçün ekskursiya baş tutub.
"Azəriqaz"ın Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, 50 nəfərin qatıldığı ekskursiyada Şəki Xan Sarayı və Karvansaraya baş çəkilib.
Gəzinti zamanı Azərbaycanın qədim tarixi yerləri haqqında ətraflı məlumat verilib. Həftəsonu istirahətlərinin səmərəli təşkili məqsədilə atılan bu addım Birlik əməkdaşları tərəfindən müsbət qarşılanıb.Eksursiya zamanı əməkdaşlar hər bir şəraitlə təmin olunublar.








