AZ

Paralimpiyaçımız Avropa çempionatında ikinci gümüş medalı qazanıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 50 metr məsafəyə tapançadan atəş açma (P4) yarışında gümüş medal qazanıb.

Hafta.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin məlumatında bildirilir. Məlumata görə, 221.6 xal toplayan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) Aybəniz Babayeva ilə birlikdə gümüş medala yiyələnib.

Seçilən
23
5
hafta.az

10Mənbələr