Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 50 metr məsafəyə tapançadan atəşaçma (P4) yarışında gümüş medal qazanıb.
XQ xəbər verir ki, 221.6 xal toplayan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) Aybəniz Babayeva ilə birlikdə gümüş medala yiyələnib.