AZ

Zakir Həsənov Fergus Auld ilə görüşüb

Okyabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini bildirib.

Cənab F.Auld isə öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrimizin daha da inkişaf etdirilməsində bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.

Krallığın ölkəmizdəki hərbi attaşesi 2-ci dərəcəli kapitan Gavin Tarbardın da iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Seçilən
20
41
ucnoqta.az

7Mənbələr