AZ

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları açıqlanıb

Bakı. Trend:

Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli,üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalızərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraqonların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, qəhvəyi mərmər bağacığının yetkin fərdləri vəsürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağacmaterialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmişgüllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkinfərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edəbilir.

Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərəboşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir.Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədiləevlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləməvə təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaqüçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaqüçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkaredildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilətoplamaq və məhv etmək lazımdır.

Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı iləmübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaqyerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süniqışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi birqutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və yakağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəşdüşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxudçardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdəyerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutularayığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.

AQTA-nın mütəxəssislərinin respublika ərazisində apardığımonitorinq zamanı Qəhvəyi mərmər bağacığının yetkin fərdlərininevlərin çardaqlarında, yarımtikililərdə asılmış və yayerləşdirilmiş köhnə paltarlardan, pərdələrdən, xalçalardan, boşkarton qutulardan qışlama yerləri kimi istifadə etdikləri müşahidəedilib. Belə ki, belə “sığınacaqlara” toplaşaraq qışlayan yetkinfərdlərin daha sonra yığılaraq mexaniki yolla məhvi mümkündür.

Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizətədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyənedilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşamsaatlarında yerinə yetirilməlidir.

Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli vəməsuliyyətli olmalıdırlar. Həmçinin onlar Qəhvəyi mərmər bağacığıvə ona qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçünAzərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin“1003-Çağrı Mərkəzi”nə zəng vura, eləcə də aidiyyəti qurumlaramüraciət edə bilərlər. Eyni zamanda Regional ƏlaqələndirməMərkəzlərinin “Qaynar xətt”inə (Qərb rayonları üzrə: +994 99 708 8588, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88) zəng vurabilərlər.

Məqalədə:
Seçilən
22
4
az.trend.az

6Mənbələr