AZ

Son 5 ayda 9 nəfərin xarici diplomunun saxta tanınma şəhadətnaməsi aşkarlanıb - Agentlik

Bakı. Trend:

2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədərQaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçünkvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələritərəfimizdən aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğunolaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlaragöndərilib.

Trendxəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyiməlumat yayıb.

Bildiririk ki, son 5 ay ərzində 9 belə hal aşkarlanıb.

"Bildiririk ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarınınmüxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlıverilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsiqanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayətməsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnızqanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsindəhərəkət etmələri tövsiyə olunur.

Məlum olduğu kimi, xaricdə əldə olunmuş kvalifikasiyalarıntanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xaricidövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasıQaydaları” (bundan sonra Qaydalar) əsasında həyata keçirilir. Qeydedək ki, xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması üçünQaydaların 4-cü bölməsində təsbit olunan tanınmaya dair tələblərintam təmin olunması zəruridir",- deyə Agentlikdən qeyd edilib.

Məqalədə:
Seçilən
27
24
az.trend.az

10Mənbələr