AZ

Xaricdə təhsil alan 9 nəfərin diplomu saxta çıxdı

“2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri tərəfimizdən aşkar olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilib”.

Bu barədə Modern.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

“Təəssüflə qeyd edirik ki, son 5 ay ərzində 9 belə hal aşkarlanıb.

Bildiririk ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının müxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlı verilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsi qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında həyata keçirilir. Qeyd edək ki, xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması üçün Qaydaların 4-cü bölməsində təsbit olunan tanınmaya dair tələblərin tam təmin olunması zəruridir.

Seçilən
26
28
veteninfo.az

10Mənbələr