AZ

Almaniya məcburi hərbi xidmətə keçir? – Merts açıqaldı

Almaniya kansleri Fridrix Merts gənclər, o cümlədən qadınlar üçün ümumi hərbi xidmətin tətbiq edilməsinin zəruriliyini açıqlayıb.

Ulusal.az xəbər verir ki, Merts bu barədə ARD telekanalına açıqlamasında deyib.

Təklifə əsasən, icbari hərbi xidmət bir il davam edəcək. O, faktiki olaraq Almaniyanın 2011-ci ildə ləğv etdiyi ümumi hərbi xidmətə qayıtmağı təklif edib. Merts vurğulayıb ki, Bundesverin NATO öhdəliklərini yerinə yetirmək və sayını 260.000-ə çatdırmaq üçün təxminən 80.000 əsgərə ehtiyacı var.

Onun təklifinə görə, Almaniyada məcburi hərbi xidmət bir il davam edəcək və xidmət təkcə ordunun özündə deyil, həm də ictimai və ya mülki strukturlarda mümkün olacaq.

Lakin ümumi hərbi xidmətə çağırışın tətbiqi Konstitusiyaya dəyişiklikləri tələb edir, çünki hazırkı variantda qadınların hərbi xidmətə çağırılması və tibbi müayinəyə göndərilməsi qadağandır.

Təklif hakim koalisiya daxilində mübahisələrə səbəb olub. Müdafiə naziri Boris Pistorius maliyyə stimulları ilə könüllü xidmət modelini saxlamaqda israrlıdır.

Bundestaqda hərbi xidmət haqqında yeni qanunun müzakirəsi oktyabrın ortalarına qədər təxirə salınıb.

Seçilən
12
1
moderator.az

2Mənbələr