AZ

Beyləqanda 14 yaşlı qıza təcavüzlə bağlı cinayət işi başlandı: İki yeniyetmə həbs olundu

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beyləqanda 14 yaşlı qıza seksual xarakterli hərəkətlər edən iki yeniyetmə həbs edilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakinləri, 2008-ci il təvəllüdlü M.Qurbanlı və 2007-ci il təvəllüdlü S.Quluzadə həmkəndliləri, orta məktəbin 8-ci sinif şagirdi G.N.-ə qarşı seksual hərəkətlər ediblər. Onlar müxtəlif vaxtlarda 2010-cu il təvəllüdlü qızla kəndin kənarında görüşərək, qızla qeyri-təbii yolla cinsi əlaqədə olublar.

Hadisə barədə qızın valideynləri xəbər tutandan sonra, həmin qız evdən qaçaraq Bakıya gəlib.

O, gözəllik salonlarından birinə yaxınlaşaraq, iş axtardığını bildirib. Salonda işləyən xanımlardan biri onun 14 yaşı olduğunu biləndən sonra G.N.-in valideynləri ilə əlaqə saxlayıb və qızın Bakıya qaçdığını bildirib. Qadın onu öz avtomobili ilə Beyləqan rayonuna apararaq, polisə təhvil verib.

Polis əməkdaşlarının apardıqları araşdırmalarla məlum olub ki, 14 yaşlı qız ümumilikdə 6 nəfər yeniyetmə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 6 nəfər - Ö.Quluzadə, D.Əlizadə, M.Əliyev, C.Əhmədzadə. S.Quluzadə və M.Qurbanlı müəyyən edilərək saxlanılıblar, faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslərlə bağlı məhkəmə qərarı ilə "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib.

Beyləqan Rayon Məhkəməsinin hökmləri ilə M.Qurbanlı və S.Quluzadənin hər biri bir il müddətinə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
baku.ws

4Mənbələr