AZ

FHN in karateçilərindən yüksək nəticə

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

3-4 oktyabr 2025-ci il tarixlərində Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində karate idman növü üzrə yarışlara yekun vurulub.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yarışda iştirak edən 8 ölkədən 96 idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Yarışda uğurla çıxış edən 24 idmançıdan ibarət Azərbaycanın karate üzrə milli yığma komandasının üzvləri olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət baş çavuşu Rövşən Əliyev, Mülki müdafiə qoşunları N saylı hərbi hissəsinin əsgəri Nuran Rzazadə kata və kumite yarışlarında yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, kişilər arasında kumite yarışlarında -67 kq çəki dərəcəsində 5 döyüş keçirərək finala vəsiqə qazanan Nuran Rzazadə final görüşündə Qırğızıstan təmsilçisinə 7:3 hesabı ilə qalib gələrək III MDB Oyunlarının qızıl medalına sahib çıxıb.

Bundan əlavə, kişilər arasında şəxsi kata yarışlarında komandanın digər üzvü Rövşən Əliyev isə bürünc medala yiyələnməyi bacarıb.

III MDB Oyunlarında karate idman növü üzrə yarışların keçirilməsində Azərbaycan milli dərəcəli hakimi, FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət leytenantı Murad Hacızadə də iştirak edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
14
axar.az

10Mənbələr