AZ

İranda 280 milyard kub metr qaz ehtiyatı olan yataq aşkarlandı

BAKI, 6 oktyabr. TELEQRAF

İranın Fars vilayətinin cənub hissəsində yerləşən Pazan yatağında təxminən 280 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu haqda İranın neft naziri Möhsün Paknejad məlumat verib.

“Bu yatağın ehtiyatları 10 trilyon kub fut qaz təşkil edir (təxminən 283 milyard kubmetrə bərabərdir) və yaxın illərdə ölkənin enerji balanssızlığının həllində əhəmiyyətli rol oynaya bilər”, - nazir bildirib.

Paknejadın sözlərinə görə, yatağın hasilat göstəricisi 7 trilyon kub futa bərabərdir ki, bu da Cənubi Pars yatağının bir mərhələsinin 7000 günlük hasilatına uyğundur.

Lakin bu ehtiyatların hasilatına başlamaq ən azı 40 ay sonra mümkün olacaq.

Seçilən
58
1
teleqraf.com

2Mənbələr