AZ

Binəli Yıldırım: Azərbaycanın ev sahibliyi etdiyi Zirvə toplantısı Türk dünyasının...

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısı Türk dünyasının birlik, sabitlik və ortaq gələcəyini gücləndirən tarixi bir görüşdür.

Bakıvaxtı.az xəbər verir ki, bunu TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair "X" hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, qardaşlıqdan doğan bu birlik regional sülh və qlobal nizam üçün davamlı güc mənbəyidir.

B.Yıldırım, həmçinin qonaqpərvərlik üçün Azərbaycan liderinə təşəkkür edib.

Qeyd edək ki, B.Yıldırım TDT-nin XII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
9
bakivaxti.az

10Mənbələr