Ermənistan mediası ölkənin Xarici İşlər Nazirliyində (XİN) növbəti qalmaqaldan yazıb.
Modern.az-ın məlumatına görə, xarici işlər nazirinin müavini Vahan Kostanyan spirtli içki qəbul etdikdən sonra ictimai yerdə dava salıb.
Hadisə oktyabrın 4-də İrəvanın mərkəzindəki barlardan birində baş verib. Jurnalistlərin yazdığına görə, Kostanyan orada bir qadınla birlikdə olub və uzun müddət spirtli içki içib. Daha sonra cütlük küçəyə çıxaraq mübahisə etməyə başlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, onlar bir-birini təhqir edib və fiziki təmasdan da çəkinməyiblər. Hadisə yerində çoxsaylı şahidlər olsa da, kimsə müdaxilə etməyib.
Ermənistan XİN hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Kostanyan 2022-ci ildən nazir müavini vəzifəsində çalışır və diplomat karyerasına parlament aparatında başlayıb.