AZ

Fransada hökumət böhranı: müdafiə naziri də istefa verdi

Baş nazir Sebastien Lecornu hökumətində müdafiə naziri təyin edilən Fransanın keçmiş iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Bu, onun təyinatı müxalifət tərəfindən tənqid edildikdən sonra baş verib. O, ümid etdiyini bildirib ki, onun gedişi yeni hökumətin tərkibi ilə bağlı danışıqların qarşısının alınmasına kömək edəcək: “Mən qəbul edirəm ki, mənim qərarım bəzi insanlarda anlaşılmaz, yalan və qeyri-mütənasib reaksiya doğurur”, – Bruno Le Maire sosial media platforması X-da yazıb və “vəzifə hissi ilə” və “Fransaya xidmət etmək” üçün bu postu qəbul etdiyini qeyd edib: “Bu halları nəzərə alaraq, mən bu gün səhər respublika prezidentinə hökumətdən dərhal istefa verməyi və səlahiyyətlərimi Baş nazirə verməyi təklif etdim”, – deyə o əlavə edib ki, bu təklif prezident tərəfindən bəyənilib.
Xatırladaq ki, oktyabrın 6-da səhər saatlarında Fransanın baş naziri Sebastien Lekornu istefa verdiyini açıqlayıb.

Lekornu son üç ildə vəzifəsini icra edən beşinci baş nazirdir. Oktyabrın 5-də o, yeni hökumətinin tərkibini təqdim edib. Onun təyinatından 26 gün sonra formalaşıb və yerlərin yarıdan çoxu əvvəlki hökumətin üzvlərinə verilib. Müxalifət partiyaları yeni kabineti tənqid edib, bundan sonra Lekornu istefa vermək qərarına gəlib.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr