AZ

“Qarabağ” “Çelsi” ilə hansı stadionda oynayacaq? – RƏSMİ

UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edən “Qarabağ” klubunun “Çelsi” ilə qarşılaşmasını Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırdığı barədə iddialar yayılıb.

NOCOMMENT.az Baku.vs-yə istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

“Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev açıqlamasında bildirib ki, iddialar əsassızdır.

“Oyunlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək”, – deyə o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” Avropa kuboklarında bəzi matçlarını Bakı Olimpiya Stadionunda keçirsə də, hazırda komanda ev oyunlarını ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır.

Seçilən
9
11
nocomment.az

10Mənbələr