ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İranın cənubundakı Fars əyalətində yerləşən Pazen yatağında iri təbii qaz ehtiyatları aşkar edilib. İlkin məlumatlara əsasən, ehtiyatların 280 milyard kubmetrdən çox olduğu ehtimal edilir.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad məlumat verib.
O bildirib ki, yeni aşkar olunan yataq ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər və yaxın illərdə daxili qaz çatışmazlığını qismən ödəyə bilər.
Nazir, həmçinin qeyd edib ki, yatağın işlənməsi üzrə müqavilə artıq imzalanıb, yaxın vaxtlarda hazırlıq və tikinti işlərinə başlanması nəzərdə tutulur. Yataqdan hasilatın təxminən 3 ildən sonra başlanması gözlənilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.