AZ

Buffon İtaliyanın 2026 cı il dünya çempionatına vəsiqə qazanmaq şanslarını dəyərləndirib

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Yuventus”, “Parma” və İtaliya yığmalarının sabiq qapıçısı Canluici Buffon milli komandasının 2026-cı il dünya çempionatına vəsiqə şanslarından danışıb.

İdman.biz-in məlumatına görə, Goal.com Buffondan maraqlı sitat gətirib:

“Biz pley-off mərhələsinə yüksələcəyimizə 90% əminik. Qalan oyunlarda son vaxtlar keçirdiyimiz müsbət məqamları nümayiş etdirməliyik. İnsanlar və kütləvi informasiya vasitələri bizə inanmalıdır - biz futbola bağlılığımızı nümayiş etdirməliyik”.

DÇ-2026-nın seçmə mərhələsində dörd oyundan sonra İtaliya doqquz xalla qrupunda ikincidir. Beş görüşdən sonra 15 xalla Norveç liderdir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
icma.az

2Mənbələr