Bakıda təcridxanada saxlanılan iş adamı Ruben Vardanyan Rusiyanın avtomobil sənayesindəki iştirakını tam dayandırıb.
“Kommersant”ın yazdığına görə, Vardanyan “Kama” elektrik avtomobili layihəsinin əsas səhmdarı olan “Vəsxod” MMC-dəki 25%-lik payını şirkətin özünə satıb.
Bundan sonra “Vəsxod”un səhmdarları “KAMAZ”ın baş direktoru Sergey Koqogin (37,5%) və “Spektr” MMC (37,5%) olaraq qalıb.
2024-cü ilin payızında Vardanyan artıq “KAMAZ”ın da həmsahibi statusunu itirmişdi.
N.Təbrizli