AZ

Cəlilabadda heyvanlar arasında kütləvi dabaq xəstəliyi yayılıb

Cəlilabadda heyvanlar arasında kütləvi dabaq xəstəliyi yayılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, xəstəliyə daha çox rayonun Sərhədabad və Adnalı kəndlərindəki iribuynuzlu heyvanlarda rast gəlinir. Kənd sakinlərinin sözlərinə görə, xəstəliyin əsas ocağı Bazar günləri fəaliyyət göstərən heyvan bazarıdır. Belə ki, satış üçün bazara aparılan iribuynuzlu heyvanlarda bir müddət sonra dabaq xəstəliyinə yoluxma halları müşahidə olunur. Bu da bazar ərazisində virusun sürətlə yayılma ehtimalının yüksək olduğunu göstərir.

Hazırda rayon ərazisində daha çox heyvan alveri ilə məşğul olan şəxslərin təsərrüfatlarında dabağa yoluxmuş heyvanlara rast gəlinir.

Qeyd edək ki, dabaq iti gedişli, yüksək yoluxuculuğa malik virus xəstəliyidir. Bu xəstəlik qızdırma, ağız selik qişasında, dəridə, yelində və dırnaqarası nahiyələrdə aftaların əmələ gəlməsi ilə xarakterizə olunur. Cavan heyvanlarda isə miokard və skelet əzələlərinin zədələnməsi müşahidə edilir. Bütün cütdırnaqlı heyvanlar, nadir hallarda isə atlar və digər növlər dabaq xəstəliyinə yoluxa bilər.

Seçilən
92
6
teleqraf.com

7Mənbələr